Əminə Ərdoğan: “Bir millət, iki dövlət” - daim bir, bütöv

11:10 25.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

VII Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarının qəlblərə toxunan bənzərsiz çıxışı… Bir millətin mədəniyyəti bu gün digərinin qəlbində əks-səda doğurdu. “Bir millət, iki dövlət” - mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir, bütöv.

AZƏRTAC xəbər verir ki, bu filirləri Türkiyə Prezidentinin həyat yoldaşı Əminə xanım Ərdoğan VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan nümayəndə heyətinin təqdimatındakı möhtəşəm "Zəfər" şou-kompozisiyasını izlədikdən sonra sosial media hesabında etdiyi paylaşımda bildirib.

Paylaşımda, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb.