Ən ciddi nəticələrimizdən biri Laçının azadlığıdır – Akif Nağı

15:43 23.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Laçın şəhəri istər işğal və istərsə də danışıqlar dövründə ən mühüm ərazilərdən sayılıb. 

Bu fikirləri hafta.az-a Azad Vətən Uğrunda Partiyasının sədri Akif Nağı deyib:

“Ermənilər bu bölgədən geri çəkilmək istəmirdilər. II Qarabağ müharibəsinin gedişində ən ciddi nəticələrimizdən biri Laçının işğaldan azad olunması oldu.  Beynəlxalq təşkilatlar, bəzi böyük dövlətlər uzun müddət Laçının, Kəlbəcərin taleyini müzakirə obyektinə çevirmək istəyirdilər. Müharibədə əldə etdiyimiz zəfər hər şeyi öz yerinə qoydu və bu ərazilərlə bağlı hər hansı əlavə müzakirələrə  ehtiyacın olmadığını göstərdi. Azərbaycan artıq addım-addım öz məqsədinə doğru gedir”.

Siyasət rubrikasından digər xəbərlər