Ən yaşlı seçicinin 134 yaşı var - Məzahir Pənahov

17:03 27.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

 

Hafta.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda deyib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşı var.

 

M.Pənahov qeyd edib ki, ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Onun 108 yaşı var.