Ən yüksək xarici ticarət profisiti olan ölkələr

09:47 16.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın xarici profesitə malik ölkələrinin siyahısı dərc olunub.

Hafta.az-ın yazdığına görə, siyahıda birinci yerdə 594 milyard dollarlıq ticarət müsbət saldosu olan Çin, ikinci yerdə Almaniya (245,3 milyard dollar), üçüncü yerdə isə İrlandiya (178 milyard dollar) qərarlaşıb.

Sinqapur (155 milyard dollar), İsveçrə (131 milyard dollar), Səudiyyə Ərəbistanı (127 milyard dollar), Rusiya (121 milyard dollar), Niderland (97 milyard dollar), Avstraliya (83 milyard dollar), Braziliya (81 milyard dollar) ilk 10-luğa daxil olan digər ölkələrdir.

Ümumilikdə ötən il ticarət profisiti olan ölkələrin sayı 72-yə yüksəlib.