Ən zəngin 7 ÇİN AKTYORU – (FOTO)

10:32 14.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin yalnız iqtisadi-ticari qüdrəti ilə deyil, həm də zəngin mədəniyyəti ilə dünyada özünəməxsus yeri var. Uzun illərdir ki, çinli kino ulduzlarının baş rolda oynadığı yaddaqalan filmləri izləyirik. Özü də yalnız Çin iustehsalı deyil, hətta Hllivudda çəkilmiş filmlər də məhz çinli aktyorların simasında yadımızda qalır. Məsələn, Ceki Çanı, Donni Yeni kim unuda bilər?

Hafta.az-ın bu yazısında həmin kino ulduzlarının çəkildikləri filmlərin müqabilində aldıqları qanorarın məbləğini araşdıracaq. Axı çinli aktyorlar qonorar baxımından Amerika aktyorları ilə rəqabət aparırlar. Amma əksər amerikalı həmkarlarından fərqli olaraq varlı çinli aktyorlar birmənalı şəkildə pullarını xeyriyyəçilik üçün xərcləməyə üstünlük verirlər.

Lyu Haojan

Lyu Haojan 1997-ci ildə anadan olub. O, 12 yaşında Pekinə köçüb və rəqs akademiyasına daxil olub, sonra isə ən yüksək balla Mərkəzi Dram Akademiyasına qəbul edilib.

O, “Pekin məhəbbət hekayəsi” filmi ilə tanınsa da, “Çinatoun detektivi” filmindəki rolu ona əsl şöhrət gətirib. O, filmdə cinayətləri ifşa edən ziyalı, təvazökar gənc rolunu oynayıb. Həm film, həm də aktyorun özü böyük səs-küy yaradıb.

Lyu qazancı baxımından Çin tarixində ən çox gəlir əldə edən aktyorlardan biridir. Məlumata əsasən, onun çəkildiyi filmlər artıq 2,76 milyard dollardan çox gəlir əldə edib. Üstəlik, o, reklamlara da həvəslə dəvət olunur.

Lyunun filmləri Kann Film Festivalında da nümayiş etdirilir.

Toni Leunq Çu Vay

Aktyor "Məhəbbət əhval-ruhiyyəsi" və "Çunqinq Ekspressi" filmlərindəki rolları ilə yadda qalıb. O, elə incəlik və dərinliklə oynayıb ki, hətta sükut da əsas səhnəyə çevrilib. Onun üzü Asiya kinosunun bütün dövrünü təmsil edir.

Toni, Marvelin "Şan-Çi" filmindəki roluna görə təxminən 7,7 milyon dollar qazanıb. Bu, onun ilk Hollivud filmi olsa da, amerikalılar onun böyük kino səviyyəli bir istedad olduğunu dərhal anladılar.

Aktyorun ümumi sərvəti təxminən 20 milyon dollar qiymətləndirilir. O, hər yerdə görünən insanlardan deyil, nadir hallarda reklam çarxlarına çəkilir, bizneslə isə ümumiyyətlə məşğul olmur.

Stiven Çou

Stiven Çou filmləri təkcə Asiyada deyil, bütün dünyada məşhur olan Honq-Konqlu komediya kralıdır. Onun unikal "mo-lei-tau" üslubu - döyüş sənətləri və xüsusi effektlərlə birləşən hərəkətlər - "Shaolin Soccer" və "Kung Fu Fighting" kimi filmlərini əsl hit etdi.

Onun sərvəti 30 milyon dollar qiymətləndirilir. Aktyor reklamlara nadir hallarda çəkilir, əsasən filmə diqqət yetirməyə üstünlük verir. Şou-biznesə sərmayə qoyur.

Stiven hələ evlənməyib və təbii ki, övladı da yoxdur. Bu, onun ətrafında çoxlu söz-söhbətlər və fərziyyələr yaradır. Stiven Çou yumor, döyüş sənəti və xüsusi effektləri birləşdirərək kinoda unikal janr yaradıb.

Donni Yen

Bruk Linin müəllimi İp Man rolu onu Asiyadan kənarda əfsanəyə çevirdi. Bu filmlər böyük gəlir gətirirdi. Döyüş sənəti həvəskarları səhnələri diqqətlə təhlil edirdilər.

Donni "İp Man 4" üçün təxminən 4 milyon dollar alıb. Ümumi hesablamalara görə, onun hazırkı sərvəti 40 milyon dollar civarındadır.

Donni Asiya kinosu dünyasında çox nüfuzludur. Ona görə də onun üçün hər bir rolun xüsusi əhəmiyyəti var. Aktyor reklamlarda demək olar ki, görünmür. Nüfuz və hörmət onun üçün diqqətdən daha vacibdir. Donni Yen üçün nizam-intizam və təmizlik hər şeydən üstündür.

Cet Li

Cet Li oynadığı rolları dünya kinosuna çevirən adamdır. Onun karyerası "Şaolin məbədi" ilə başlayıb, daha sonra "Bir zamanlar Çində", "Qəhrəman", "Əjdahanın öpüşü" və onlarla başqa hit filmlərdə rol alıb.

Linin ümumi sərvəti 250 milyon dollar qiymətləndirilir. Bu, Şərq aktyorları arasında ən yüksək göstəricilərdən biridir.

2007-ci ildə o, təbii fəlakətlərdən zərər çəkənlərə yardım edən “The One Foundation” xeyriyyə təşkilatını təsis edib. Aktyor aktrisa Nina Li Çi ilə evlidir və hazırda iki qız böyüdür.

Çou Yunfat

Üslubun, cazibənin, təvazökarlığın bir şəxsdə təcəssümünü Çou Yunfatın timsalında görmək olar. Onun “Güclü” filmindəki iki tapança tutması Asiya döyüş kinosunun simvoluna çevrilib.

“Pusqudakı pələng” və “Karib dənizinin quldurları” filmindən sonra bütün dünya onu tanıdı. O, eyni çərçivədə təhlükəli və nəcib ola bilir.

Aktyorun sərvəti təxminən 200 milyon dollardır. Amma maraqlısı odur ki, aktyor təvazökar həyat sürür: metroya minir, sadə köynək geyinir, ayda cəmi 150 dollar xərcləyir. O, 17 ildir eyni telefondan istifadə edir və sair.

Aktyor var-dövlətini xeyriyyə işlərinə xərcləyir. “Xoşbəxtlik maddiyyatda deyil, başqalarına kömək etməkdədir” deyir.

Ceki Çan

Ceki Çan 150-dən çox filmdə çəkilib - o, kaskadyor, rejissor, prodüser və hətta orkestrdir. Onun “Sərxoş usta”, “Polis hekayəsi”, “Pik saat” filmləri artıq klassikaya çevrilib.

"Pik saat 2" və "Pik saat 3" filmlərinə görə o, 15 milyon dollar üstəgəl kassa gəliri əldə edib. Onun ümumi sərvəti 400 milyon dollar qiymətləndirilir. Amma aktyor üçün əsas məqsəd pul deyil. O, bütün var-dövlətini xeyriyyəçiliyə bağışlayacağını açıq şəkildə bildirib. Aktyor hətta oğluna miras qoymayacağını da deyib.

Ceki Çan kino, xeyriyyə və sosial layihələrdə fəaldır. O, hətta 2016-cı ildə kinoya verdiyi töhfəyə görə Oskar da alıb.