Yazını böyüt
Yazını kiçilt
Xaçmazda “VAZ 2106” markalı minik avtomobili çaya düşüb.
Hafta.az xəbər verir ki, idarəetmənin itirilməsi nəticəsində Qudyalçay üzərindəki körpüdən çaya düşən avtomobildə sürücü tək olub. Qəza zamanı ağır xəsarətlər alan Məmmədov Hüseyn Elsevər oğlu təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Avtomobil xüsusi texnika vasitəsilə çaydan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.