Tehran Hörmüz boğazına nəzarətdən heç vaxt imtina etməyəcək.
Hafta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edib. “İran həmişə boğazın keşikçisi olub və əbədi olaraq belə qalacaq”, - deyə Əraqçi qeyd edib.
O, bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsuliyyətini öz üzərinə götürəcəyi barədə fikirlərinə cavab olaraq verib.
İranın xarici işlər naziri Trampın boğazdan təhlükəsiz keçid üçün ödəniş alınması ilə bağlı təklifinə də münasibət bildirib. Əraqçi qeyd edib ki, ABŞ lideri ödəniş məsələsində haqlı olsa da, yükün dəyərinin 20 faizi həcmində rüsum müəyyənləşdirilməsi yüksək göstəricidir. “Daha ədalətli qiymət müəyyən edəcəyik”, - deyə nazir bildirib.