Yazını böyüt
Yazını kiçilt
Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında iştirak üçün indiyədək qeydiyyatdan keçən ölkələrin sayı məlum olub.
Azərbaycan Güləş Federasiyasından hafta.az-a bildirilib ki, ilkin iştirak ərizələrinə əsasən, turnirdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə ümumilikdə 60 ölkədən 669 idmançı mübarizə aparacaq.
Qeyd edək ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.