Ərdoğan səs verib

13:58 28.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermədə iştirak edib.

Hafta.az xəbər verir ki, Prezident və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs veriblər.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Türkiyə vətəndaşları hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcəklər.