Ərdoğan Şuşaya səfər edəcəyini söylədi 

15:38 09.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edəcək.

 

Hafta.az-ın xəbərinə görə, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bugünkü qrup iclasında belə bildirib.

 

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini vurğulayan R.T.Ərdoğan səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini bildirib. 

 

Qeyd edək ki, qardaş ölkənin Prezidenti iyunun 16-da Türkiyə milli komandasının Bakıda AVRO-2020 çərçivəsində Uelsə qarşı keçirəcəyi oyunu İlham Əliyevlə birgə izləyəcək.