Ərdoğan yanğın ərazilərini helikopterdən izlədi - FOTO

18:33 31.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğın ərazilərini helikopterdən izləyib.

Hafta.az  bu haqda “TRT Haber”-ə istinadla xəbər verir

Məlumatda deyilir ki,  dövlət başçısı bugünkü bütün proqramlarını təxirə salıb. Ərdoğan meşə yanğınlarının baş verdiyi Antalyaya gəlib.

Prezident Antalyanın Manavgat rayonundakı yanğın ərazilərini helikopterdən izləyib. Kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli Ərdoğanı yanğının söndürülməsi işlərinin gedişatı ilə bağlı məlumatlandırıb.

Rəcəb Tayyib Ərdoğanın Antalyadan sonra Muğlanın Marmaris bölgəsinə gedəcəyi bildirilib.

Oxunma sayı 549