Ərdoğan yanğınlarla bağlı son məlumatları açıqladı

11:54 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yanğın-xilasetmə heyətləri yanğınların baş verdiyi hər yerdə işlərinə davam edirlər”.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlamasında deyib.

O, Türkiyəyə dəstək verən ölkələrin adlarını da açıqlayıb: “Ukrayna, Rusiya, Azərbaycandan və İrandan meşə yanğınlarının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb. PUA-lar vasitəsi ilə yanğının baş verdiyi ərazilər sürətlə təyin edilir, genişlənmədən lokallaşdırılır”.

Ərdoğan əlavə edib ki, Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, Milasdakı yanğınla bağlı isə bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Oxunma sayı 584