Erməni silahlı birləşməsinin 13 üzvünün hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib

14:12 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hafta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Hökmdə o da qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa vurduqdan sonra Azərbaycan hüdudlarından çıxarılmalıdılar.

Oxunma sayı 462
Gündəm rubrikasından digər xəbərlər