Sentyabrın 2-də Ermənistanın hazırda “Kirants” adlanan keşmişdə Azərbaycan türklərinə məxsus olmuş Güney kəndindəki şagirdlər Azərbaycanla sərhəddən təxminən 40 metr aralıda yerləşən məktəbə gedəcəklər.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Kirantsın ibtidai məktəbinin direktoru Volodya Babinyan kənd məktəbinin tikintisinin yekunlaşmaq üzrə olduğunu bildirib. Binanın daxili tamamlama işləri başa çatdırılmışdır. Xarici tamamlama işləri gedir”, - deyə tavuş jurnalisti Oskan Sarkisyan bildirib.
“Məktəb direktoru ümid etdiyini bildirib ki, sentyabrın 2-də Kirants kəndinin şagirdləri yeni yaranmış sərhəddən yol və divarla ayrılmış, sərhəddən təxminən 40 metr aralıda yerləşən məktəbə gedəcəklər. Bəzi şagirdlərin valideynlərinin məktəbin təhlükəsizliyi ilə bağlı narahatlıqlarının olduğunu deyən Babinyan məktəbin keçmiş binasının qəzalı vəziyyətdə olduğunu bildirib.
Xatırladaq ki, Kirants(Güney) kəndi Qazax rayonunun yenicə Azərbaycana təhvil verilmiş Xeyrimli kəndi ilə həmsərhəd ərazidə yerləşir.