Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistan və Yunanıstanın 2030-cu illərdə Bayraktar TB-2-lərə qarşı müdafiə sistemi qurmaq üçün əməkdaşlıq edəcəklərini açıqlayıb.
Baykar firmasının istehsalı olan Bayraktar TB2 son illərdə müasir döyüş qaydalarını sözün əsl mənasında dəyişib. İlk dəfə Azərbaycan-Ermənistan müharibəsində ermənilərə qarşı istifadə edilən Bayraktar TB-2 müharibədə İrəvana ağır zərbə vurub və Azərbaycanın Qarabağı geri qaytarmasında mühüm rol oynayıb. Bayraktar TB2-lərin səhnəyə çıxdığı bir başqa müharibə də Rusiyanın Ukraynaya təcavüzü olub. Kiyevə girməyə çalışan rus tanklarını kilometrlərlə asanlıqla məhv edən Bayraktar TB2 Ukraynada müqaviməti faktiki olaraq alovlandırıb.
Nikolas Dendias təxminən iki həftə əvvəl"Çox narahatam, təxminən 100 milyon əhalisi olan bir ölkə bizim yanımızda bizə qarşı planlar qurur. Mən milli suverenliyimizi qorumaq üçün çalışıram" deyib.
Egeydəki Türk Navteksləri hələ də davam edir. Türklər ikinci döyüş gəmisini tikirlər. Onu niyə tikirlər? Sadəcə Boğazda parad keçirmək, yoxsa Liviya ilə imzalanan müqavilədən sonra Şərqi Aralıq dənizində tam üstünlük yaratmaq üçün? Yunanıstanın müdafiə naziri Nikos Dendias, Nautemboriki qəzetinə verdiyi müsahibədə "Olası bir müharibədə Fransa və ABŞ-dan gəlməsi lazım olan yardımı unudun" deyib və Bayraktar TB2-lərə qarşı tədbir görəcəklərini açıqlayıb.
"Cənab Dendias, Ukrayna müharibəsi 21-ci əsrin ən mühüm münaqişələrində pilotsuz təyyarələr, PUA-lar və PUA kimi sistemlərin və onların anti-sistemlərinin əhəmiyyətini göstərdi. Türkiyə bu sahədə çox irəliləyib. Sizin fikirləriniz necədir? O, suala belə cavab verib:
"İHA-lar və PUA-lar qlobal səviyyədə müharibələrin formasını mütləq dəyişib, biz bunu qəbul etməliyik. Ermənistana son səfərim zamanı bu məsələ ilə bağlı ətraflı məlumat aldım, Ermənistan Bayraktar PUA-larının iştirak etdiyi genişmiqyaslı müharibəyə məruz qalmışdı.
Ona görə də biz Ermənistanla ikitərəfli əməkdaşlığımızı inkişaf etdirəcəyik.Ermənilər Qarabağdan dərs aldılar. Biz Yunanıstandakı bu vəziyyətdən xəbərdarıq və bacarıqlarımızı artıracağıq. Biz Türkiyədən geridəyik, amma bu boşluğu aradan qaldırmaq üçün çalışacağıq.
Bu kontekstdə Yunanıstan ərazisini qoruyan pilotsuz təyyarələrə qarşı “qübbə” sistemi üzərində işləyirik və bu layihəni başa çatdırmaq üçün daha çox çalışacağıq”.
Bəyanatlarına davam edən Dendias, bu sistemin 2030-cu illərdə tamamlanmasını gözlədiyini ifadə edib.
Ləman