Ermənilərin ayağı mərkəzi şəhərlərimizə dəyməməlidir – MİLLİ QƏHRƏMANIN HƏYAT YOLDAŞINDAN ETİRAZ

16:30 19.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Hər kəsin bu məsələ ilə bağlı fərqli mövqeləri var. Amma mən heç bir halda ermənilərin ayağının Azərbaycanın mərkəzi şəhərlərinə dəyməsini istəmirəm. Ermənilərin Azərbaycanın bir qarış torpağında belə gəzməsinə razı deyiləm”.

Bu fikirləri hafta.az-a “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, milli qəhrəman Raquf Orucovun həyat yoldaşı Sevinc Alıyeva sosial media Dağlıq Qarabağda yaşayan ermənilərin Şuşaya, Bakıya,  Gəncəyə, Sumqayıta səfərlərinin təşkili, eləcə də Xankəndində yaşamış azərbaycanlıların Xənkəndiyə səfərlərinin təşkili ilə bağlı müzakirələrə münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, ermənilərin bizim torpaqlardakı tökdükləri qan, törətdikləri soyqırımların, qətliamların acısı getməyib:

“Hələ torpaq uğrunda canını qurban verən şəhidlərin ili çıxmayıb. Ermənilər hələ də sərhəddə atəşkəsi pozur, hələ də bizim əsgərlər həlak olur, yaralanır. Belə bir şəraitdə mən heç bir erməninin gözünün mənim vətənimə baxmasını, ayağının bu yerlərə də dəyməsini istəmirəm. Əks halda bu qədər şəhidin ahı bizi tutar”.

S.Alıyevə hesab edir ki, azərbaycanlıların Xankəndinə, öz torpağına səfərlərin təşkili ilə getməsini də qəbul etmir.

“O yerlər Azərbaycanın əraziləridir və o yerlərə qayıtmaq bizim haqqımızdır. Amma Xankəndiyə hansısa səfər daxilində getməyi də qəbul etmirəm. Biz orda yaşamağa gedəcəyik.  Amma nə qədər Azərbaycan daxilində, Qarabağda yaşayan ermənilər olsalar da onların nəfəslərinin şəhərlərimizdə duyulmasını istəmirəm. Cənab Prezident demişkən bir daha bu tərəfə baxsalar, daha kəskin cavab alacaqlar. Bu gün ermənilər Azərbaycana qarşı döyüşmək üçün hərbi düşərgələrdə uşaqlar yetişdirirlərsə biz onları hara gətiririk?!”