Ermənistan borc bataqlığında batır - yeni böyük kredit götürəcək

12:44 19.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fevral-mart aylarında Ermənistan hökuməti dövlət sistemində yeni dəyişikliklərin aparılması üçün Asiya Bankı ilə külli miqdarda pula yeni kredit müqaviləsi imzalayacaq.

Bu barədə “The Past” qəzeti öz mənbələrinə istinadən yazır.

“Dörd il ərzində hazırkı hakimiyyət dövlət borcunun ÜDM-ə olan 60%-lik maksimum həddini keçərək qızıl fiskal qaydanı tamamilə pozmağa “bacardı”. Ermənistanda bu rəqəm demək olar ki, 64%-dir.
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan müxalifətdən olan deputat olduğu zaman həmişə bütün kredit müqavilələrinin əleyhinə səs verib”, - qəzet qeyd edir.