Ermənistan itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir - Ombudsman

11:19 30.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.

"Azərbaycan Ombudsmanı olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayıram. Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir”.