Ermənistan parlamentindən Azərbaycanla sülhün qurulması ilə bağlı BƏYANAT

13:48 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyi açıqlanıb. İclasda "Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi haqqında" bəyanat layihəsinin müzakirəsi nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Tədbir bu gün parlamentin plenar iclasının bitməsindən dərhal sonra başlayacaq.

Məlumatda bildirilir ki, sənədin təşəbbüsçüsü hakim Vətəndaş Sazişi fraksiyasıdır.