Ermənistan təzminatı Zəngəzuru qaytarmaqla ödəyəcək? - Açıqlama

18:21 30.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan milyardlarla vurulmuş maddi-mənəvi zərərin ödənilməsi üçün Ermənistana qarşı təzminatın ödənilməsi məsələsini qaldırmalıdır. Milli Məclis məhz bu məsələyə diqqət yetirməlidir.

Bu fikirləri hafta.az-a hüquqşünas, siyasi şərhçi Əli Mustafa deyib:

“Ermənistanın bizə ödəyəcəyi təzminat, əslində Zəngəzurdan da daha böyük ərazinin qanun-qayda ilə bizim olmasında çox böyük yardımçı ola bilər. Biz Ermənistanı Azərbaycana vurduğu zərərə görə Beynəlxalq Məhkəməyə verməliyik və düşünürəm ki, təzminatı almalıyıq. Ermənistanın o qədər sərvətinin, varidatının olmadığını nəzərə alsaq, təzminat Zəngəzur və digər ərazilərin əvəzlənməsi ilə ödəməlidir. Yəni bu gün dünya bəzən bizi ittiham edir, qınayır. Amma bizim haqqımız, imkanımız var ki, elə qanuni yolla, normal üsullarla, sivil mübarizəylə hüquq müstəvisində o əraziləri alaq. Heç kəs də bizi təcavüzkarlıqda qınaya bilməz ".

Oxunma sayı 1783
Gündəm rubrikasından digər xəbərlər