“Sülh bağlanandan sonra nə Türkiyə ilə, nə də Azərbaycanla ticarət etməməliyik? Bəlkə biz də öz tərəfimizdən sərhədləri bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və başqa ölkələrdə ticarətlə məşğul olub və bunu indi də edir”.
Hafta.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 29-da özünün telegram-kanalında yazıb.
“Son hadisələr zamanı Qarabağda çoxları həm konyak, həm də su elektrik stansiyaları satıb. Yoxsa sizcə, biz blokadada qalmalıyıq ki, Ermənistan ərazisindən nə nəqliyyat, nə yük, nə qaz, nə də elektrik enerjisi keçsin? Siz ya çox cahilsiniz, ya zəifliyinizdən kor olmusunuz, ya da sadəcə olaraq düşmənin agentlərisiniz. Məncə, hamısı birlikdə. Siz artıq bizdə heç nəyə qərar vermirsiniz və heç nəyə qərar verməyəcəksiniz.
Və Ermənistan və Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət aparacaqlar. Müharibə olmayacaq, sülh olacaq”, - Simonyan belə yazıb.