Ermənistanda daha 166 nəfər virusa yoluxdu

12:37 25.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 228 798 nəfərə çatıb.

 

Hafta.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 166 nəfər COVİD-19-a yoluxub, 3 nəfər ölüb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4587 nəfərə çatıb.

 

Ermənistanda koronavirusa yoluxan, lakin digər səbəblərdən ölənlərin sayı isə 1115 nəfərdir.

Oxunma sayı 560