Ermənistandan Rusiyaya daha bir zərbə

11:00 19.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Rusiyadan uzaqlaşmaq yönümündə daha bir addım atdı.

Hafta.az-ın “The Wall Street Journal”a istinadən yazdığına görə, Ermənistan banklarının Rusiyanın “Mir” ödəniş sistemi ilə işləyən kartları qəbul etməkdən imtina edib. Səbəb isə ABŞ-ın fevral ayında “Mir” kartlarının operatorunu sanksiyalar siyahısına daxil etməsi göstərilib. Erməni bankirlər bu yolla Vaşinqtonun qəzəbinə gəlməkdən yayınmağa çalışırlar.

Digər xəbərə görə isə, Rusiya ilə sıx iqtisadi-ticarət əlaqələrə malik Birləşmiş Ərəb Əmirlikləri Bankı NBD Rusiya neftinin istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətlərin, eləcə də “Uralkaliy”in hesablarını bağlayıb. Bankın rubl köçürmələrini də dayandırdığı bildirilir.