“Digər ərazilərlə əlaqəsi kəsilmiş kəndlərdə bəzi sakinlər təxliyə edilib, bəziləri qalıb”.
Hafta.az xəbər verir ki, bunu “Sputnik Armeniya” nəşrinə qəsbkar Ermənistanın Zəngəzur torpağımızdakı “Sünik” adlandırılmış əyalətinin qubernator müavini Narek Babayan bildirib.
Qubernator müavininin sözlərinə görə, Azərbaycanla həmsərhəd Şurnux və Urud (erm. “Vorotan”) kəndlərinin bəzi sakinləri təxliyə olunmaqdan imtina ediblər.
“Şurnuxun Gorusa gedən alternativ yolu yoxdur, lakin onu Qafanla birləşdirən bir yol var.
Yolun açılması ilə bağlı danışıqlar yenidən başlanılmalıydı, amma hazırda bilmirəm ki, başlayıblar, ya yox. Bu ərazidə yaşayan insanlar təxliyə edilib, lakin evlərində qalmaq istəyənlər də var"- deyə N. Babayan əlavə edib.
Xatırladaq ki, bu gün – 26 avqust səhər saatlarından erməni mediası guya Gorus-Qafan, ardınca isə Gorus-Urud(“Vorotan”) yolunun da Azərbaycan ordusu tərəfindən bağlanması haqda məlumatlar yayıblar.