Estoniya Müdafiə Nazirliyi hazırladığı qanun layihəsi ilə B sinfi lisenziyası olan bütün vətəndaşların tank və zirehli texnikadan istifadəsinə icazə verilməsini tələb edib.
Hafta.az-ın yazdığına görə, son zamanlar Rusiya ilə münasibətləri gərginləşən Estoniyada Müdafiə Nazirliyi B sinfi vəsiqəsi olan bütün vətəndaşlara tank və zirehli maşın sürməyə icazə verilməsini istəyib.
Müdafiə Nazirliyi, mövzu ilə bağlı hazırladığı qanun layihəsində, B sinif lisenziyası sahiblərinin tank və zirehli maşın sürməsinə icazə verilməsinə sürət həddini əsas gətirərək, sözügedən nəqliyyat vasitələrinin maksimal sürətinin saatda 50 kilometr olmasının qəza riski yaratdığını deyib.
Ölkə ərazisində tank və zirehli texnika idarə etmək üçün C, D və ya T sinif vəsiqəsinin olması lazımdır.
Müdafiə Nazirliyinin layihəsi qanuna çevriləcəyi təqdirdə tank sürmək üçün B sinif vəsiqəsi olan vətəndaşlar qısamüddətli təlim keçəcəklər.