Yazını böyüt
Yazını kiçilt
Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipaevi çağırıb, ona nota təqdim edib ki, Rusiya Federasiyası Tallinndəki səfirliyin işçilərinin sayını azaltsın. Bu barədə “İnterfaks” xəbər verir.
“Qərar səfirlikdəki vəzifələrin sayında paritet və ya ekvivalentliyə nail olmaq üçün qəbul edilib, bu da paytaxtlarda fəaliyyət göstərən Rusiya və Estoniya nümayəndəliklərində yerləşdirilən postların sayının bərabərləşdirilməsi deməkdir”, - Estoniyanın xarici işlər naziri Urmas bildirib.
Onun sözlərinə görə, Rusiya səfirliyinin əməkdaşlarının sayı səkkiz diplomata və ezam olunmuş 15 inzibati, texniki və xidmət işçisinə endirilməlidir.
Reinsalu bildirib ki, hazırda səfirlikdə 21 diplomat və 23 ezam olunmuş işçi çalışır.