Evdən 7000 manat oğurlayan şəxs saxlanıldı

13:42 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suraxanı rayonu Binə qəsəbəsində evlərin birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziri ( DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.