Evdən qaçan uşaq valideynlərinə təhvil verildi - FOTO

16:21 30.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən qaçan uşaq valideynlərinə təhvil verilib. 

Hafta.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

“Səid balamız atasına təhvil verildi.

Əməyi olan hər kəsə, xüsusilə YPX əməkdaşlarına təşəkkür edirik. Onlar uşağı yolda qoymadılar, “evə get” demədilər. Çünki Səid evin yolunu da bilmirmiş…

Əgər bir hadisə baş versəydi, valideynlərə nə cavab verəcəkdik?!”, - DİN rəsmisi sosial şəbəkə hesabında yazıb.