Yazını böyüt
Yazını kiçilt
Taylandın Xuaxin şəhərində yaşayan evli cütlük gecə saat 2-də evlərindəki səs-küyə ayılıblar. Yataqdan sıçrayan Raçadavan Pxunqprasopporn və əri, səsin gəldiyi mətbəxə doğru qaçıblar.
Hafta.az xəbər verir ki, cütlük mətbəxdəki dağınıqlıqdan şoka düşüb. Əvvəl divarın olduğu yerdə böyük bir dəlik və orada dayanan fil. Fil bu vəziyyətdə düyü torbasını götürərək yeməyə başlayıb.
Məlum olub ki, bu fil kiçik şəhərin ulduzudur. Bütün rayonu qorxu altında saxlayan filə ad da veriblər - Play Bunçuay. Ev sahibləri fili qovmağa nail olublar və o, yaxınlıqdakı meşəyə qaçıb. Play Bunçuay artıq şəhərdə bir çox evlərə "qonaq" gedib və xeyli zərər verib.