Fələstin Mərkəzi Statistika İnstitutundan verilən yazılı açıqlamaya görə, Qəzza zolağına davam edən hücumlar səbəbiylə özəl sektorun gündəlik orta hesabla 25 milyon dollar civarında itki verdiyi təxmin olunur.
Hafta.az-ın yazdığına görə, ümumi itkilərin hesablanması zamanı zədələnmiş əmlak və hələ də hesablanmamış əsas vəsait itkiləri istisna edilib. Bu çərçivədə, 7 oktyabrdan bəri özəl sektorun ümumi itkisinin təxminən 1,5 milyard dollara çatdığı ifadə olunub.
İordan çayının qərb sahilindəki şəhərlər arasında əlaqənin kəsilməsi, şəhərlərin daim təzyiq altında olması və malların bölgəyə girişinin məhdud olması səbəbindən bəzi müəssisələr istehsal edə bilmir. Bu səbəbdən Qərbi Şəriyədəki müəssisələrin 29 faizi istehsalda azalma yaşadı, 35 min müəssisə isə istehsalı dayandırdı.
Qəzza zolağındakı müəssisələrin əksəriyyəti də istehsalını tamamilə dayandırmaq məcburiyyətində qalıb.
Fələstində 56 mini Qəzzada, 120 mini isə işğal altındakı İordan çayının qərb sahilində olmaqla 176 minə yaxın özəl qurum var.
Fələstin özəl sektorunda çalışan işçilərin sayının 349 mini İordan çayının qərb sahilində, 173 mini isə Qəzza zolağında olmaqla 522 min işçi olduğu qeyd edilib.
Qəzza zolağına davam edən hücumlar nəticəsində bölgədəki ümumi işçilərin təxminən 89 faizinin işini dayandırdığı da bildirilib.