“Fənərbağça”da ciddi itki

14:10 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Fənərbağça” komandası ciddi itki ilə üzləşib.

Hafta.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Marko Asensio zədələnib. Yarımmüdafiəçi ötən gün “Beşiktaş”la keçirilən derbi oyununda (1:0) dizindən xəsarət alıb.

İspaniyalı oyunçu Superliqanın XXIX turunda “Kayserispor”la səfər görüşünü buraxacaq. Qarşılaşma aprelin 11-də reallaşacaq.

Hazırda “Fənərbağça” 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.