“Fənərbaxça”nın prezidenti qəzaya düşdü

19:06 31.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Fənərbaxça”nın prezidenti Sadettin Saran İstanbulun Ataşehir rayonunda avtomobil qəzası keçirib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.  Hadisə zamanı onun səhhətinə ciddi zərər dəymədiyi vurğulanır.

Klubun yaydığı rəsmi açıqlamada isə bildirilib ki, prezidentin, sürücünün və digər nəqliyyat vasitəsində olan şəxslərin vəziyyəti qənaətbəxşdir. Sürücü qəza nəticəsində yüngül xəsarətlər alıb.

Hazırda Sadettin Saranın iş fəaliyyətini normal qaydada davam etdirdiyi qeyd olunub.