Fərid Şəfiyev Moskvada Cənubi Qafqaza həsr olunmuş tədbirlərə qatılıb

10:40 11.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev 7-10 iyun tarixlərində Moskva şəhərində səfərdə olub və bir sıra tədbirlərdə iştirak edib.
 
Hafta.az-ın yazdığına görə, o, iunun 7-də "Vestnik Kavkaza" və "Sever-Yug" Siyasi Mərkəzi tərəfindən birgə təşkil olunmuş "Rusiya-Azərbaycan: Cənubi Qafqazda yeni şəraitdə strateji əməkdaşlıq" mövzusunda Rusiyanın alim və mütəxəssislərin iştirakı ilə keçirilən konfransda çıxış edib. Tədbirdə həmçinin XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov da iştirak və çıxış edib. Konfransda müzakirələr Azərbaycan siyasətinin təhlili və Rusiya ilə əməkdaşlıq məsələləri istiqamətində aparılıb.
Daha sonra iyunun 8-9-da F.Şəfiyev həm qlobal, həm də regional problemlərin müzakirə olunduğu "Primakov qiraətləri"ndə iştirak edib. İyunun 10-da F.Şəfiyev Rusiya Elmlər Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr İnstitutu tərəfindən təşkil olunmuş "Avrasiyada inteqrasiya prosesi: problemlər və perspektivlər" mövzunda konfransa qatılıb. Tədbirin Qafqaza həsr olunmuş bölməsində çıxış edən səfir F.Şəfiyev regionda iki Qarabağ müharibəsindən sonra yaranmış problem və perspektivlərdən danışıb.