FHN-dən Şirvanda baş vermiş qəza ilə bağlı məlumat 

15:19 27.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.