FHN-in əməkdaşı üzgüçülük üzrə çempionatda qalib olub

13:39 02.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

27-29 fevral 2020-ci il tarixlərində Su idman sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Açıq Respublika Qış çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata əsasən, yarışda 3 ölkədən - Azərbaycan, Rusiya və Gürcüstandan olan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb.

FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı İdman-təlim şöbəsinin inspektoru Boris Kirillov yüksək nəticə göstərərək kişilər arasında 50 metrə arxası üstə üzmədə 1-ci yer və 50 metrə sərbəst üzmədə 3-cü yerə layiq görülüb.

 

Qalibə Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.