FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb 

21:49 16.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.