“Financial Times”: Türkiyə iqtisadiyyatında nə dəyişdi?

10:34 16.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ashmore Group” aktivlərin idarə edilməsi şirkətinin qlobal araşdırmalar şöbəsinin rəhbəri Qustavo Medeiros “Financial Times” üçün Türkiyə iqtisadiyyatının təhlilini yazıb. Medeiros tərəfindən yazılan təhlildə, “Türkiyə inkişaf etməkdə olan bazar investorları üçün geri döndü. Ankaradan iqtisadi idarəetmə ilə bağlı əhəmiyyətli bir siqnal dəyişikliyi var" deyib.

Hafta.az-ın yazdığına görə, təhlildə, son illər yüksək inflyasiya və kövrək lirəyə səbəb olan aşağı faiz dərəcələri və dövlət tərəfindən dəstəklənən kredit genişlənməsinə əsaslanan heterodoks siyasətlərə qayıdış olduğu ifadə edilib. Bildirilib ki, bu siyasətlər sayəsində Türkiyənin yerli aktivləri inkişaf etməkdə olan bazar investorları üçün struktur olaraq zəif mövqeyə çevrilib.

CNBC-E-nin verdiyi xəbərə görə, yeni siyasət anlayışı və islahatların “yerli valyuta aktivləri ilə Türkiyəni yenidən investisiya edilə bilən ölkələr sırasına qoyduğu” şərh edilib. Bildirilib ki, bunu təmin edən şərtlər 2023-cü il seçkilərindən sonra prezident Rəcəb Tayyib Ərdoğanın radikal siyasət mövqeyinin dəyişməsi, eləcə də mərkəzi bankı idarə etmək üçün texnokratların və Məhmət Şimşəkin maliyyə naziri təyin edilməsi və yenidən hakimiyyətə qayıdıb.

İqtisadi siyasətdə atılan addımlar arasında lirənin 2023-cü ilin mart-iyul ayları arasında yüzdə 38 dəyərini itirməsi, Mərkəzi Bankın faiz dərəcəsini mərhələli şəkildə 8,5 faizdən 50 faizə yüksəltməsi, kreditlərin sərtləşdirilməsi üçün həyata keçirilən makroprudensial siyasətlər qeyd edilib.

Qustavo Medeyros yeni siyasət administrasiyasının hələ də inam probleminin olduğunu vurğulayıb. "Keçmişdə bir çox uğursuz başlanğıclardan sonra Ərdoğanın bu ortodoks siyasətlərdən geri çəkilib-çəkilməyəcəyi sualı olaraq qalır. Ancaq bu dəfə islahatların möhkəm təməllər üzərində qurulduğu görünür. Fikrimizcə, Ərdoğan lirənin sabitliyini başa düşüb”, - deyə Medeyros bildirib. “Əvvəlki heterodoks mövqeyinə baxmayaraq, prezident Ərdoğan ortodoksluğun ÜDM-ə müsbət təsirinə yad deyil” əlavə edib.

AKP-nin ilk dövrlərinə də toxunaraq, "Ərdoğanın iqtidarda olduğu ilk onillikdə apardığı rasional pul və fiskal siyasət xarici sərmayələrdə böyük bir artımı dəstəklədi. Bu dövrdə iqtisadiyyat real olaraq yüzdə 64, adambaşına düşən ÜDM isə 43 faiz artdı" qeyd olunub.

Müəllif vurğulayıb ki, bu gün büdcə kəsiri daha idarəolunandır və dövlət borcunun böyük hissəsi lirə ilə ifadə olunur.

Müəllif, "Hazırda islahatların uzunmüddətli struktur artımına gətirib çıxaracağını söyləmək hələ tezdir. Amma əlamətlər müsbətdir və Ashmore kimi inkişaf etməkdə olan bazar investorları üçün geri qayıtmaq yaxşıdır. AB ilə münasibətləri normallaşdırmaq, qanunun aliliyini təmin etmək və qurumları gücləndirmək bu mövzuda kömək edəcək” deyə bildirib.