Fındıq yığmağa gedən 88 yaşlı kişi itkin düşdü

18:32 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaxda 88 yaşlı kişi itkin düşüb.

Rayonun Ləkit kənd sakini, 1931-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyevsentyabrın 1-i səhər saatlarında zəmbil götürərək fındıq yığmağa gedib və indiyə kimi geri qayıtmayıb.

Həmin gündən itkin düşən şəxs kənd sakinləri tərəfindən axtarılsa da hələ də tapılmayıb.

Yaxınları A.Ağamalıyevin itkin düşməsi barədə Qax rayon Polis Şöbəsinə və aidiyyatı qurumlara məlumat veriblər. (Report)