Finlandiyada Rusiya sərhədi yaxınlığında qızıl tapıldı!

10:44 15.05.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya sərhədindən təxminən 10 kilometr məsafədə yerləşən Ukko qızıl yatağında kəşflər Finlandiyada böyük həyəcan yaradıb. Yle-nin verdiyi məlumata görə, Ukkolanvaara bölgəsindəki qazma əməliyyatları misli görünməmiş sıxlıqda qızıl damarlarını aşkar edib. Qızıl yatağının təxminən 7 kilometr uzunluğundadır və mütəxəssislər bölgənin potensialını "son dərəcə yüksək" hesab edirlər.

Hafta.az yazır ki, layihəyə rəhbərlik edən Endomines şirkətinin baş direktoru Kari Vihtaynen kəşfin əhəmiyyətini vurğulayaraq bildirib: "Eyni qazma əməliyyatında əvvəllər heç rastlaşmadığımız üç yüksək dərəcəli qızıl zonası müəyyən etdik".

Tapıntılar 2025-ci ilin payızı ilə 2026-cı ilin qışı arasında aparılan sınaq qazma işlərinin nəticəsidir və indiyə qədər ərazidə 52 quyu qazılıb. Şirkət bu ərazini prioritet kəşfiyyat sahəsi hesab edir və ehtiyatların qiymətləndirilməsi üzrə tədqiqatlar aparılır.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf Finlandiyanın mədən sektoru üçün yeni dövrün başlanğıcı ola bilər. İlkin hesablamalara görə, ərazidə qızıl hasilatına 2030-cu ildə başlamaq planlaşdırılır.