Fövqəladə hallar naziri partlayış baş vermiş obyektdə

10:12 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov aprelin 3-də paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib.

K.Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.