Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, AMX-10 RC tankları iki ay ərzində Ukraynaya çatdırılacaq. Bu barədə o, ukraynalı həmkarı Aleksey Reznikovla telefon danışığı zamanı bildirib.
Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski yanvarın 4-də tankların tədarükü ilə bağlı razılığa gəliblər.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Kristina Lambrext Almaniyanın hakimiyyət orqanlarının Ukraynaya alman tanklarının tədarükü məsələsini hələ öyrənmədiyini bildirib.
Eyni zamanda, o xatırladıb ki, Berlin Ukraynaya 40 Marder piyada döyüş maşını verəcək və onlar üzərində işləmək üçün Ukrayna hərbçilərinə təlim keçəcək.
Polşa prezidenti Anjey Duda bir gün əvvəl bildirmişdi ki, ölkə beynəlxalq koalisiyanın tərkibində “Leopard” tanklarından ibarət bir kompaniyanı Ukraynaya təhvil verəcək. Onun sözlərinə görə, bu dəstəyin Kiyevə Polşa tərəfdən verilməsi qərara alınıb.
Lambrecht həmçinin bildirib ki, AFR Ukraynaya Alman Leopard tanklarını göndərmək planları ilə bağlı Polşa və ya digər ölkələrdən sorğular almayıb.