Yazını böyüt
Yazını kiçilt
Fransa suveren, vahid və azad Suriyanın qurulmasına dəstəyini davam etdirəcək.
Hafta.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, Fransa Suriya xalqının plüralizm prinsiplərinə əsaslanan, qonşuları ilə sülh şəraitində yaşayan suveren dövlət quruculuğu səylərini dəstəkləməyə sadiqdir.
O, həmçinin Suriyanın Yaxın Şərqdə gərginliyin azaldılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynaya biləcəyinə ümid etdiyini bildirib.