İşğal altında olan Şərqi Qüdsün şimalında yerləşən Qalandiya Qaçqın Düşərgəsində İsrail sərhəd polisinin görüntüləri ajiotaj yaradıb.
Hafta.az İsrailin məşhur “Haaretz”ə istinadən yazır ki, videoda bir polis məmurunun park edilmiş maşındakı insanlara qışqırdığı, sonra içəri səs qumbarası ataraq qapını zorla bağladığı görünür.
Sürücü sərnişin qapısını açmağa çalışarkən iki nəfər cəld maşından düşür.
Videoda daha sonra zabitin silahını qaçan şəxslərə tuşlayıb onlara atəş açdığı görünür.
Bazar günü çəkilən görüntüləri işıqlandıran “The Times of Israel” qəzeti heç kimin xəsarət almadığını bildirib.
İsrail polisi videodakı zabitlərin işdən çıxarıldığını və istintaqın başlandığını açıqlayıb.
İsrail müxalifətçi millət vəkili Naama Lazimi hadisəni pisləyib. Fələstinlilərə qarşı oxşar hadisələrin tez-tez baş verdiyini xatırladan Lazimi, bu hücumların mövcud hökumət dövründə artdığını vurğulayıb.
“Parçalanmış normalara malik bir dövlət belə görünür. Sərhədlərin olmadığı və hər şeyin icazə verilən hesab edildiyi yerdə zorakılıq yalnız böyüyür və yayılır”, - o deyib.
Bu arada, Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin Qalandiya Qaçqın Düşərgəsinə basqın edərək fələstinlilərə atəş açdığını açıqlayıb.
16 yaşlı Vəlid Nidal Əbu Süneynin həyatını itirdiyi və iki uşağın yaralandığı bildirilib.
İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən bəri işğal olunmuş Qərb Şəriyəsindəki Fələstin torpaqlarını ələ keçirən israillilərlə əməkdaşlıq çərçivəsində daha da gərginləşən gərginlik 1175 fələstinlinin ölümünə, 12919 nəfərin yaralanmasına, təxminən 24 min nəfərin həbs olunmasına və 33 min nəfərin məcburi köçkün düşməsinə səbəb olub.