Fransada qondarma erməni soyqırımı abidəsi təhqir edildi

13:58 16.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Lion şəhərində qondarma erməni soyqırımına ucaldılmış abidə təhqirə məruz qalıb. 

Hafta.az report-a istinadən xəbər verir ki, abidənin qarşısındakı sütunlarda Fransa Prezidenti Emmanuel Makronun əleyhinə, həmçinin anarxist şüarlar yazılıb. 

Ümumiyyətlə, Bellecour meydanı yaxınlığında yerləşən 36 sütundan ibarət abidənin üzərinə təqlər 2018-ci ilin noyabr ayından etibarən hər şənbə günü baş tutan “sarı jiletlilər”in etiraz aksiyası zamanı edilib.

Faktla bağlı indiyədək cinayət işi başlanılmayıb.