Futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşdi

15:23 05.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

 

Hafta.az xəbər verir ki, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

 

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla məğlub edib - 3:2.


Rusiya millisi yeddinci, Portuqaliya seçməsi isə üçüncü dəfə Avropa çempionatlarının finalına yüksəlib. Hər iki komanda 1 dəfə çempionluq sevinci yaşayıb. Belə ki, Rusiya millisi 1999-cu, Portuqaliya isə 2018-ci ildə Avropanın ən güclü komandası olub.

 

Final matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.