Gələn il Azərbaycan neftinin büdcə qiyməti 35 dollardan götürülüb

11:51 03.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır.

Hafta.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülmüşdür.