Gələn il göstəricilərin rekord həddə olması dövlətimizin artan iqtisadi gücüdür.
Hafta.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
S.Qafarova bildirib ki, bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə layihəsi ölkənin inkişafında müsbət meylləri əks etdirir.
S.Qafarova büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirildiyini deyib.
O, eyni zamanda bildirib ki, dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, müdafiə potensialının gücləndirilməsi, azad edilmiş ərazilərin bərpası diqqət mərkəzində saxlanılacaq.
“Gələn il dövlət büdcəsinin həyata keçirilməsi Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsinə, dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradacaq”.