Gələn il üçün neftin qiyməti ilə bağlı proqnoz 61-62 dollar - Ekspert

16:46 14.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gələn il üçün neftin qiyməti ümumilikdə, bu ilə nisbətdə daha aşağı proqnoz edilir. Proqnoz 61-62 dollar civarındadır. Çünki gələn il bu ilə nisbətən dünya iqtisadiyatının artım tempi daha aşağı olacaq.

Bu fikirləri hafta.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, bu il dünya iqtisadiyyatı ötən ilə nisbətən daha yüksək templə artdı, ancaq gələn il vəziyyət belə olmayacaq:

“Məsələn, bu il 6 milyon barel neft hasilatının artımı gözlənilir, gələn il isə ən yaxşı halda bu göstəricinin yarısı, təxminən 3 milyon barel proqnoz edilir.

Digər tərəfdən, indidən demək olmaz ki, gələn il iqlim şəraiti necə olacaq. Qış, yay fəsli necə keçəcək. Bu faktorlar, eyni zamanda, istehsalçı və istehlakçı ölkələr arasında müharibə olacaq, ya olmayacaq kimi ehtimallar bazara öz təsirini göstərə bilər. Bir daha vurğulamaq istəyirəm ki, son 5 ildə verilən proqnozlardan bir proqnoza rast gəlməmişəm ki, özünü gələn il üçün tam təsdiqləsin.

Amma ümumilikdə, gələn il üçün proqnoz 61-62 dollar ətrafındadır və ümid edək ki, növbəti ildə də neft 65 dollar civarında olsun. Bu iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün kifayət qədər yaxşı bir göstəricidir.  

İqtisadiyyat rubrikasından digər xəbərlər