Gəlinsiz qalan gözəllik salonları, butiklər - REPORTAJ

14:39 25.09.2020
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun özü ilə birlikdə həyatımıza daxil etdiyi qayda-qanunlardan biri də kütləvi tədbirlərin, yas və toy mərasimlərinin keçirilməsinə olan qadağadır. Qadağalar hər nə qədər bizim və ətrafımızın sağlamlığı üçün olsa da, toyu təxirə düşən gəlinlər, gəlinlik mağazası, gözəllik salonu sahibləri vəziyyətdən narazıdır.

Hafta.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün, Bakının bir sıra gözəllik salonu və gəlinlik mağazalarına üz tutdu.

Əvvəlcə onu qeyd edək ki, burada vəziyyət elə də ürək açan deyil. 

Elə müsahibimiz “Saphire beauty” gözəllik salonunun əməkdaşı Əliyeva Tərlalə də, bu fikidədir. O deyir ki, indi gəlin bəzədilməsi üçün nadir hallarda müraciətlər olur:

“Qiymətlər əsasən 250-350 manat arasında dəyişir. Buraya saç düzümü, makiyaj, manikür, pedikür, lazer xidmətləri daxildir. Əgər müştəri tac və digər aksesuarlar istəyirsə onların da kirayəsi mümkündür”.

Başqa bir gözəllik salonunda da vəziyyət oxşardır.

“ELF” studiyadan Vüsalə Bayramova bildirir ki, pandemiya ilə  bağlı olaraq bütün xidmətlərə endirim olsa da, nəticə dəyişmir:

“Hazırda gəlin makiyajının və saç düzümünün qiyməti ayrı-ayrılıqda 35-50 manat arası dəyişir. Lakin indiki qiymətlər  əvvəlkinə nisbətən qat-qat ucuzdur”.

Növbəti dayanacağımız isə gəlinlik libaslarının satıldığı butiklər oldu. Nəzərinizə çatdıraq ki şəhərdə fəaliyyət göstərən belə mağazaların sayı olduqca azdır. Hazırda “Laçın” “Lotos” kimi iri ticarət mərkəzləri bağlıdır.

“KL” gəlinlik və gözəllik studiyasından aldığımız məlumata əsasən, burada donların kirayə qiyməti 250, 300 və 400 manat arası dəyişir. Hətta paltar kirayələyənə saç düzümü və makiaj salon tərəfindən hədiyyə olunur.   

Apardığımız müşahidələrdən belə qənaətə gəldik ki, pandemiya ailə qurmaq istəyən gənclərimizdən savayı, “toy bazarına”, xüsusən də gəlinlik libası satılan mağazalara xeyli ziyan vurub.

Banu

Oxunma sayı 2001
Sosial rubrikasından digər xəbərlər