Gənc qadın əri tərəfindən amansızlıqla öldürülüb

10:00 29.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 24 yaşlı qadın xüsusi amansızlıqla öldürülüb.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızını qısqanclıq zəminində Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb.

Yaralı yoldan keçən şəxslərin köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Əliyeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.